İrakli Kobaxidze - Futbolçularımız öz ölkəni başqa bir ölkədə necə təmsil edə biləcəyinin ən yaxşı nümunəsidirlər, dünən bizə bəxş etdikləri sevincə görə onlara minnətdarıq
İrakli Kobaxidze - Futbolçularımız öz ölkəni başqa bir ölkədə necə təmsil edə biləcəyinin ən yaxşı nümunəsidirlər, dünən bizə bəxş etdikləri sevincə görə onlara minnətdarıq

 

Yığmamızın üzvlərinin böyük bir hissəsi də məhz xaricdə yaşayan həmvətənlərimizdir və məhz futbolçularımız öz ölkəni başqa bir ölkədə necə təmsil edə biləcəyinin ən yaxşı nümunəsidirlər-bu haqda baş nazir İrakli Ğaribaşvili Diaspor Gününə həsr olunmuş forumda çıxışında deyib.

Hökumət başçısı dünən hər bir gürcüyə bəxş etdikləri sevincə görə milli komandaya təşəkkür edib.

“Fürsətdən istifadə edərək, milli futbol komandamıza yönəlik təbrikə qoşulmaq istəyirəm. Yığmamızın üzvlərinin böyük bir hissəsi də məhz xaricdə yaşayan həmvətənlərimizdir və məhz futbolçularımız öz ölkəni başqa bir ölkədə necə təmsil edə biləcəyinin ən yaxşı nümunəsidirlər.

Dünən bizə bəxş etdikləri sevincə görə onlara təşəkkür edirəm. Ölkəmizə qürur hissi lazımdır, cəmiyyətimizə qürur hissi lazımdır və mən dünən hər bir gürcüyə bəxş etdikləri bu xoşbəxtlik və sevincə görə onlara təşəkkür edirəm”- deyə baş nazir açıqlayıb.