Irakli Kobaxidze - Əsaslı şübhələrimiz var ki, Giqa Makaraşvili, Şota Diğmelaşvili və Elene Xoştaria Rusiyanın agentləridir
Bu insanlar sadəcə Rusiyanın tapşırıqlarını etmirmər, Elene Xoştaria Rusiyadan kimin nə zaman gələcəyini hərkəsdən tez öyrənir və bu çox qəribədir, – bu bəyanatı “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze verdi.
Onun dediyinə görə, Giqa Makaraşvili, Şota Diğmelaşvili və Elene Xoştaria Rusiya agenturası ilə birgə işləyirlər.
“Əsaslı şübhələrimiz var ki, bu şəxslər Rusiyanın maraqlarına xidmət edirlər və hətta Rusiyanın agentləridirlər. Elene Xoştaria hərşeyi öncədən hardan bilir? Rus yazıları ilə kimlərdənsə aldıqları mesajların skrinlərini göstərirdilər. Aydındır ki, bunlar Rusiya agenturası ilə işləyirlər”, – dedi İrakli Kobaxidze.