İrakli Kobaxidze - əminəm ki, vizasız gediş-gəliş istiqaməti üzrə çətinliklərimiz olmayacaq və bu nailiyyəti qoruyub saxlayamağı bacaracağıq
İrakli Kobaxidze - əminəm ki, vizasız gediş-gəliş istiqaməti üzrə çətinliklərimiz olmayacaq və bu nailiyyəti qoruyub saxlayamağı bacaracağıq

Əminəm ki, vizasız gediş-gəliş istiqaməti üzrə çətinliklərimiz olmayacaq və bu nailiyyəti qoruyub saxlayamağı bacaracağıq, – bu barədə Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze bəyan etdi.

“Avropa İttifaqına inteqrasiya yolunda bizim ən mühüm nailiyyətlərimizdən biri, vizaliberallaşdırmadır. Bizim konkret öhdəliklərimiz var. Parlament bunların hamısına fəal qatılıbdır. Problemlərin başdan rədd edilməsi üçün qanunlayihə zərflərini qəbul etdik. Həmkarlarımz ilə daimi əlaqəmiz var. İsənilən mövzunun müzakirəsi üşün açığıq. Hər şey üçün hazır olduğumuzu bildiririk. Əminəm ki, vizasız gediş-gəliş istiqaməti üzrə çətinliklərimiz olmayacaq və bu nailiyyəti qoruyub saxlayamağı bacaracağıq”, – İrakli Kobaxidze bəyan etdi.

Jurnalistlərin sualına ki, Mixeil Saakaşvilinin bəyanatları vizaliberallaşdırmaya təsir göstərmirmi, İrakli Kobaxidze bəyan etdi: “Mixeil Saakaşvili ilə Avropada heçkim maraqlanmır və inanmıram ki, onun bəyanatları hansısa təsir göstərsin”.

Gürcüstanın Ədliyyə naziri Avropa Komissiyasının Genişləndirmə və Qonşuluq Siyasətinin baş direktoratının rəhbəri müavini ilə görüşdü. Tea Sulukiani Simon Mordu ilə vizaliberallaşdırma prosesinin qorunub saxlanılması barəsində söhbət etdi. Bu barədə məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yaydı.