İrakli Kobaxidze dünya liderləri ilə birlikdə Berlində Ukraynanın bərpası ilə bağlı konfransda iştirak edir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə Berlində Ukraynanın bərpası ilə bağlı konfransda (URC2024) iştirak edir.
Tədbirdə iştirak edən dövlət və hökumət başçılarına Almaniyanın federal kansleri Olaf Şolts ev sahibliyi edir.
Gürcüstanın Baş naziri Almaniyanın federal kansleri Olaf Şolts və Ukraynanın Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi dövlət başçılarının işgüzar görüşündə çıxış edib. İrakli Kobaxidze bir daha Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib və Gürcüstanın Ukraynanın bərpasına maksimal şəkildə töhfə verməyə hazır olduğunu qeyd edib.
Konfransın rəsmi açılışından əvvəl iştirakçı liderlər birgə şəkil çəkdiriblər.
Tədbirin əsas məqsədi Ukraynanın bərpası, yenidən qurulması, islahatlar və modernləşdirilməsi üçün beynəlxalq dəstəyi səfərbər etməkdir.
Yüksək səviyyəli siyasi forumda dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların və maliyyə institutlarının, biznes və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edirlər.
Məlumatı Gürcüstan Hökumətinin Administrasiyası yayır.