İrakli Kobaxidze - Bugünkü radikal müxalifətin mediaya münasibəti hamının yadındadır, “İmedi”yə xüsusi təyinatlılarla müdaxilə onun kulminasiya nöqtəsi idi
İrakli Kobaxidze - Bugünkü radikal müxalifətin mediaya münasibəti hamının yadındadır, “İmedi”yə xüsusi təyinatlılarla müdaxilə onun kulminasiya nöqtəsi idi

 
Bugünkü radikal müxalifətin mediaya münasibəti hamının yadındadır və onların münasibəti davam edir -bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, radikal müxalifətin bu münasibəti yığıncaqlar zamanı “sıravi Milli Hərəkatçıların” hərəkətlərində də əks olunub.

“Bugünkü radikal müxalifətin mediaya münasibətini, “Rustavi 2” kanalı ilə münasibətdə onu qanuni sahibinin əlindən alaraq nə etdiklərini xatırlayırsınız, bundan əvvəl İctimai Yayımçıya daxil oldular və “Milli Hərəkat” İctimai Yayımçıyı da mənimsədi, “İberiya” və s.
davam etməyəcəm və sonda “İmedi”yə birbaşa xüsusi təyinatlılarla müdaxilə, basqın və “İmedi”nin qanuni sahiblərindən qəsbkarlıqla mənimsənilməsi kulminasiya nöqtəsi idi, bu onların müstəqil mediaya münasibəti idi və bu münasibət davam edir. Axı bu, təsadüfən baş vermir, radikal müxalifətin mediaya, media azadlığına ümumi münasibəti belədir. Təəssüf ki, bu münasibət aksiyalar zamanı “sıravi Milli Hərəkatçıların” hərəkətlərində də əks olunub. Bu, dırnaq arası səmimi gənclərin və əslində Dima Çikovani tərəfindən min lariyə maliyyələşən konkret gənclərin “İmedi” və digər telekanallara hücum etməsində də əks olunub – deyə İrakli Kobaxidze bildirib.