İrakli Kobaxidze - Bu gün Avropa çempionatında ilk dəfə Gürcüstan bayrağı dalğalanacaq və Gürcüstan himni səslənəcək, inanıram ki, Gürcüstan qalib gələcək
Gürcü futbol azarkeşlərinin 30 ildir gözlədiyi gün gəlib çatdı, bu gün Avropa çempionatında ilk dəfə Gürcüstan bayrağı dalğalanacaq və Gürcüstan himni səslənəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan yığmasının Avropa çempionatında debütü ilə bağlı videomüraciətində qeyd edir.
Hökumət başçısı, yığmanın hər bir oyunçusuna inandığını bildirib.
“Gürcü futbol azarkeşlərinin 30 ildir gözlədiyi gün gəlib çatdı, bu gün Avropa çempionatında ilk dəfə Gürcüstan bayrağı dalğalanacaq və Gürcüstan himni səslənəcək. Bu gün hər birimizi bürüyəcək qürur hissi sözlə ifadə edilə bilməz.
Bu gün də oğlanlarımıza 3 ay əvvəl, martın 26-da inandığım kimi inanıram. İnanırdım ki, oğlanlar oyuna ruhlarını və ürəklərini qoyacaqdılar və Gürcüstana tarixi qələbəni hədiyyə edəcəkdilər.
Bu gün də inanıram ki, oğlanlar hər üç oyunda ruhlarını və ürəklərini qoyacaqlar və mütləq qrupdan çıxacaqlar.
Millinin hər bir oyunçusuna inanıram. Mamardaşvili, Loria, Quqeşaşvili, Kaşia, Kverkvelia, Qvelesiani, Tabidze, Qoçoleişvili, Kakabadze, Loçoşvili, Dvali, Kiteişvili, Çakvetadze, Mekvabişvili, Siqua, Koçoraşvili, Şenqelia, Davitaşvili, Tsitaişvili, Altunaşvili, Kvekveskiri, Lobjanidze, Mikautadze, Zivzivadze, Kvilitaia, Kvaratsxelia – mən bu oğlanların istedadına, vətənpərvərliyinə inanıram. İnanıram ki, Gürcüstan qalib gələcək!”– baş nazir qeyd edir.