İrakli Kobaxidze - Biznes "Gürcü Arzusu"nu, hakimiyyəti dəstəkləyir, çünki, biznesin reket edilməsinə birdəfəlik son qoymaq bu ölkədə əsas nailiyyətimizdir
İrakli Kobaxidze - Biznes "Gürcü Arzusu"nu, hakimiyyəti dəstəkləyir, çünki, biznesin reket edilməsinə birdəfəlik son qoymaq bu ölkədə əsas nailiyyətimizdir

 
Biznes “Gürcü Arzusu”nu, hakimiyyəti dəstəkləyir, çünki, biznesin reket edilməsinə birdəfəlik son qoymaq bu ölkədə əsas nailiyyətimizdir-bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.

Baş nazirin qeyd etdiyi kimi, 2004-2012-ci illər bir çox digər qaranlıq işlərdən başqa, biznesin reket edilməsi ilə seçilirdi.

“Biznes “Gürcü Arzusu”nu, hakimiyyəti dəstəkləyir, çünki, biznesin reket edilməsinə birdəfəlik son qoymaq bu ölkədə əsas nailiyyətimizdir. 2004-2012-ci illər bir çox digər qaranlıq işlərdən başqa, biznesin reket edilməsi ilə seçilirdi. Bu gün biznes azaddır və təbii ki, bu, iş adamları və sahibkarlar tərəfindən qiymətləndirilir. “Gürcü Arzusu”na ianə ayıran hər bir şirkətə və sahibkara təşəkkür edirik. Təbii ki, bu il biz daha çox ianə cəlb etmək üçün daha çox çalışacağıq, çünki seçkilər olacaq və seçkilərə, əlbəttə ki, maliyyə lazımdır. “QHT”lərdən fərqli olaraq hər şey şəffafdır və hər kəs bu şirkətlərin fəaliyyətinin necə aparıldığını, gəlirlərini haradan əldə etdiklərini, tenderlərdə qalib gəlməyi necə bacardıqlarını görə bilər. Hər şey şəffafdır, müvafiq olaraq hər kəs hər şeyi yoxlaya bilər. Bu şirkətlər arasında tenderdə həm iştirak edən, həm də iştirak etməyən şirkətlərin olması təəccüblü deyil”- deyə baş nazir açıqlayıb.