İrakli Kobaxidze - Biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesini təqdir etdik, öz növbəsində Gürcüstan bölgədə sülh və sabitliyə töhfə verməyə davam etməyə hazırdır
Biz Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinin başladılmasını təqdir etdik, Gürcüstan bölgədə sülh və sabitliyə töhfə verməyə davam etməyə hazırdır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə brifinq zamanı deyib.
İrakli Kobaxidze, Gürcüstanın Cənubi Qafqazda dinc yanaşı yaşama formulunu dəstəklədiyini, bölgədə sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə hər zaman hazır olduğunu ifadə etdiyini bildirib.
“Biz Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşma əsasında dövlət sərhədinin delimitasiyası prosesinin başladılmasını təqdir etdik və bu, iki dövlət arasında yekun sülh sazişinin imzalanması üçün əsas yaradır. Öz növbəsində Gürcüstan bölgədə sülh və sabitliyə töhfə verməyə davam etməyə hazırdır” – deyə İrakli Kobaxidze açıqlayıb.