İrakli Kobaxidze - Başqasının həyat tərzini mühakimə etmək bizim işimiz deyil, lakin təbliğatın olduqca ağır nəticələri var və cəmiyyəti qorumaq üçün müvafiq qanunu qəbul etməyə ehtiyac duyuruq
“Təbliğat əleyhinə” qanuna gəlincə, burada sadə bir məntiq var, kim təbliğatın məhdudlaşdırılmasına qarşı çıxırsa, o təbliğatı dəstəkləyir-bu haqda baş nazir İrakli Kobaxidze jurnalistin sualına cavabında bildirib.
Kobaxidze, həyat tərzindən asılı olmayaraq istənilən şəxsin hüquqlarının qorunması gərəkdiyini deyib.
Onun bəyanatına əsasən, təbliğatın qərb məkanında cəmiyyətin müxtəlif dairələrinə olduqca ağır təsiri var, bu statistika ilə də təsdiqlənir və gürcü cəmiyyətinin qorunması üçün qanunun qəbul edilməsinə ehtiyac var.
“Mən bir daha olduqca qəti şəkildə qeyd etməliyəm ki, həyat tərzindən asılı olmayaraq, təbii ki, hər bir insanın hüquqları qorunmalıdır, bu, bizim olduqca aydın münasibətimizdir və bu münasibətə yenidən baxıla bilməz, həyat tərzindən asılı olmayaraq, biz ölkəmizin hər bir vətəndaşına hörmət edirik. Başqalarının həyat tərzini müzakirə etmək, mühakimə etmək və s. bizim işimiz deyil. Lakin, təbliğata gəlincə, bu cür təbliğatın müxtəlif cəmiyyətlərə, qərb məkanında olduqca ağır təsiri var, bu statistika ilə də təsdiqlənir. Bundan irəli gələrək, cəmiyyətimizin bu cür təbliğatdan qorunması üçün müvafiq qanunu qəbul etməyə ehtiyac duyuruq. Müxalifət buna qarşı çıxdıqda onların əsl niyət və məqsədinin nə olduğu görünür” – deyə İrakli Kobaxidze açıqlayıb.