Irakli Kobaxidze Azərbaycanın Milli Məclisinin sədri ilə görüşdü
Irakli Kobaxidze Azərbaycanın Milli Məclisinin sədri ilə görüşdü

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov ilə görüşdü.

Tərəflər ölkələr arasında iki tərəfli münasibətləri və iqtisadiyyat, turizm istiqamətində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etdilər.

Milli məclisin sədri gürcü həmkarını Azərbaycana dəvət etdi və yaxın gələcəkdə Gürcüstana gələcəyini bildirdi.

Söhbət “Açıq Partnyorluq Fondunun” (OGP) illik samitinə də toxundu, hansı ki, iyulun 17-19-da Gürcüstanda keçiriləcək.

İrakli Kobaxidze açıq idarəçilik təcrübəsini Azərbaycanla paylaşmağa hazır olduğunu bildirdi.

Tərəflər parlamentlərarası əlaqələrinin dərinləşdirilməsi və sıx əməkdaşlıq haqqında razılaşdılar.

Gürcüstan parlamentinin sədrinin və Azərbaycanın Milli Məclisinin sədrinin görüşü Strasburqda PABSEC-in 25-ci ildönümünə həsr olunan sammiti çərçivəsində keçirildi.