İrakli Kobaxidze - Avropa Parlamentinin qətnamələri gürcü cəmiyyəti üçün öz dəyərini tamamilə itirib, Kezeraşvili yazıq qaçqın elan ediləndə avropalı parlamentarinin bəyanatının heç bir dəyəri olmayacaq
İrakli Kobaxidze - Avropa Parlamentinin qətnamələri gürcü cəmiyyəti üçün öz dəyərini tamamilə itirib, Kezeraşvili yazıq qaçqın elan ediləndə avropalı parlamentarinin bəyanatının heç bir dəyəri olmayacaq

 
Əvvəlki illər ərzində Avropa Parlamentinin qətnamələri gürcü cəmiyyəti üçün öz dəyərini tamamilə itirib-bu haqda baş nazir İrakli Kobaxidze jurnalistin Avropa Parlamentində “Xarici təsirin şəffaflığı haqda” qanun layihəsi ilə əlaqədar debatlar sualına cavabında deyib.

Onun bəyanatına əsasən, təəssüf ki, arzuolunmaz deputatlar arasında yalan geniş şəkildə yayılıb və məsələn, Rasa İukneviçienen Avropa İttifaqını təmsil edə bilməz.

“Məsələn, Kezeraşvilini yazıq qaçqın elan edildiyi, Saakaşvili və Qvaramianın siyasi məhbus elan edildiyi və Bidzina İvanişvilinin cəzalandırılmasının tələb edildiyi üç qətnaməni xatırlayırsınız. Belə bir şəraitdə təbii ki, Avropa Parlamentinin qətnamələrinin artıq ictimaiyyətin gözündə heç bir dəyəri yoxdur. Təəssüf ki, sonda öz qətnamələrinin qəbul edilməsinə müvəffəq olan arzuolunmaz avropalı parlamentarilər arasında yalan geniş şəkildə yayılıb. Bu, son dərəcə qeyri-Avropa fenomenidir və mən Avropanın yaxın gələcəkdə təəssüf ki, bu gün göz önündə olan bu tip problemlərin öhdəsindən gələcəyinə böyük ümid bəsləyirəm. Mənim üçün həqiqətin, faktların, arqumentlərin qiyməti var. Gürcü və ya əcnəbi olsun fərqi yoxdur, yalan yalandır. Müvafiq olaraq, bizim üçün dəyərli olan yeganə şey həqiqətdir, faktlardır, arqumentlərdir. Kezeraşvili yazıq qaçqın elan ediləndə təbii ki, avropalı parlamentarinin bəyanatının belə bir şəraitdə heç bir dəyəri olmayacaq. “Debidzinizasiya”dan danışanda təbii ki, bunun da heç bir qiyməti olmayacaq, sadəcə olaraq biabırçılıqdır. Rasa İukneviçienen Avropanın siması ola bilməz; Varşava Müqaviləsindən çıxmış Rasa. Belə insanlar bu gün Avropa İttifaqını təmsil edə bilməzlər”- baş nazir bildirib.