İrakli Kobaxidze Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının rəhbəri ilə görüşüb
İrakli Kobaxidze Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının rəhbəri ilə görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının yeni təyin olunmuş rəhbəri Betina Buqani ilə görüşüb.

Baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda, görüşdə Gürcüstanın işğal olunmuş bölgələrində təhlükəsizlik, insan haqları və humanitar nöqteyi-nəzərdən yaranmış çətin vəziyyətə toxunulduğu deyilir.

“Həm 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşmasının həyata keçirilməsi, həm də münaqişənin sülh yolu ilə həlli və gərginliyin qarşısının alınması baxımından Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının mühüm rolu qeyd edilib.

Hökumət başçısı bildirib ki, mandata müvafiq olaraq, Avropa İttifaqının Monitorinq Missiyasının çıxışını təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə etmək vacibdir və Gürcüstan hökuməti bölgədə yeganə beynəlxalq mexanizm kimi EUMM ilə əməkdaşlığı qətiyyətlə davam etdirməyə hazırdır” – baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda, İ.Kobaxidzenin həmçinin missiyanın mandatının 2024-cü ilin dekabrına qədər uzadılmasını təqdir etdiyi qeyd olunub.