İrakli Kobaxidze - "Avropa Gürcüstanı" saat 20:00 üçün seçki məntəqələrinin yanında sünii növbələr yaratmağa çalışır
Hərkəsə müraciət edirəm ki, seçkilərin nəticələrini sakit qarşılasınlar və komisiyaların işinə mane olmasınlar, – bu barədə bəyanatı “Gürcü Arzusunun” icraçı katibi İrakli Kobaxidze partiyanın ofisində keçirilən brifinqdə verdi.
“Gürcü Arzusunun” inandırıcı qələbəsinə bir saatdan az qalıb. Hərkəsə müraciət edirəm ki, seçkilərin nəticələrini sakit qarşılasınlar və komisiyaların işinə mane olmasınlar.
Bizim məlumatımıza görə, “Avropa Gürcüstanı” saat 20:00 üçün artıq səs vermiş aktivistləri ilə bərabər, seçki məntəqələrini yanında sünii növbələr yaratmağı planlaşdırır.
Xatırladıram ki, qayda belədir. Saat 20:00-da seçki məntəqələri bağlananda, məntəqə nümayəndələri növbədə duranların kimliyini yoxlayırlar və səs verməmiş olanlar səslərini verirlər.
Onlar bunu etiraz etməyə çalışırlar və bu da qeyri-qanuni hərəkətdir.
Hərkəsə müraciət edirəm, son bir saat içində daha fəal olun və artıq səslərinizi vermiş olun” – dedi İrakli Kobaxidze.