İrakli Kobaxidze - Avrointeqrasiya yolunda bizim dörd əsas konkret nəticəmiz var idi və ölkə dörd nəticənin hamısını məhz “Gürcü Arzusu”nun hakimiyyəti şəraitində əldə etdi
Biz Avropaya inteqrasiya istiqamətində irəliləyişə ardıcıl olaraq davam edəcəyik və əminəm ki, 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqının üzvü olacaq- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin sualına cavabında deyib.
Baş nazir, 2030-cu ildə namizəd ölkələr arasında Avropa İttifaqına inteqrasiyaya ən çox məhz Gürcüstanın hazır olacağını bildirib.
“Avrointeqrasiya yolunda bizim dörd əsas konkret nəticəmiz var idi və ölkə dörd nəticənin hamısını məhz “Gürcü Arzusu”nun hakimiyyəti şəraitində əldə etdi. Bu yolun çox çətin, çoxlu çətinliklərlə dolu olmasına baxmayaraq, biz bacardıq və Avrointeqrasiya yolunda konkret addımlar atdıq. Bu olduqca konkret və nəzərəçarpan addımlardır”- deyə hökumət başçısı bəyan edib.