İrakli Kobaxidze - ABŞ və Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək bizim marağımızdadır, amerikalı və avropalı tərəfdaşlardan cavab addımlarını görməyimiz vacibdir
İrakli Kobaxidze - ABŞ və Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək bizim marağımızdadır, amerikalı və avropalı tərəfdaşlardan cavab addımlarını görməyimiz vacibdir

 
Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə münasibətləri maksimal şəkildə dərinləşdirmək bizim marağımızdadır, həm amerikalı tərəfdaşlardan, həm də Avropa İttifaqının nümayəndələrindən bu istiqamətdə cavab addımlarını görməyimiz bizim üçün vacibdir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukraynanın bərpası ilə bağlı konfransda iştirak etdiyi Berlində jurnalistlərə açıqlayıb.

O, sanksiyaların ölkə, xalq üçün təhqiramiz olduğunu və tərəfdaşlıq ruhuna uyğun gəlmədiyini bildirib.

“İlk növbədə qeyd etmək istərdim ki, sanksiyalar qeyri-ciddidir və eyni zamanda, sanksiyalar ölkəmiz və xalqımız üçün təhqiramizdir. Bu, bizim tərəfdaşlıq ruhumuza uyğun gəlməyəcək. Ümid edirəm ki, sonda hər şeyə yenidən baxılacaq. Amerika Birləşmiş Ştatları ilə münasibətləri maksimal şəkildə dərinləşdirmək bizim marağımızdadır, təbii ki, Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək bizim marağımızdadır. Həm amerikalı tərəfdaşlar, həm də Avropa İttifaqının nümayəndələrindən bu istiqamətdə müvafiq, cavab addımlarını da görməyimiz bizim üçün vacibdir. Bu, gürcü xalqına və gürcü dövlətinə düzgün münasibət olardı. Mən hamını praqmatik addımlar atmağa, xalqımıza düzgün və ədalətli münasibət göstərməyə çağırıram”- deyə İrakli Kobaxidze açıqlayıb.