İrakli Kobaxidze - ABŞ ölkəmizin ən stabil partnyoru və Gürcüstan iqtidarının dəstəkçisidir

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin bəyanatına görə, ABŞ Gürcüstanın əsas strateji partnyoru və ölkənin suverenliyinin və ərazi bütövlüyünün zəmanətçisidir.

Onun dediyinə görə, ABŞ Gürcüstan iqtidarının dəstəkçisidir.

“ABŞ-a səfərimdən sonra, bütün görüşləri yekunlaşdırıb, konkret nəticə çıxardılacaq. Əsas odur ki, ABŞ Gürcüstanın stabil partnyoru və ölkə iqtidarının böyük dəstəkçisidir və bu yenə bir daha təsdiqləndi. ABŞ-la sıx əməkdaşlıq, onun zəmanətidir ki, Gürcüstanda bütün siyasi proseslər gərəkdiyi şəkildə gedəcək. Dövlət əlaqələri daha da inkişaf ediləcək və bu bizim üçün həyati əhəmiyyət daşıyır”, dedi İrakli Kobaxidze, hansı ki, hazırda rəsmi səfərlə ABŞ-dadır.