“City Park” Tbilisi iqtidarı ilə qoyulan müqaviləyi pozur – bu bəyanatı Tbilisinin vitse-meri İrakli Xmaladze Birinci kanalın “Aktual mövzu” verlişində iştirak edərkən verdi.
Xmaladzenin dediyinə görə, “City Park” qeyri-qanuni cərimələr yazır və vətəndaşlar bu cərimələri ləğv etmək üşün uzun müddətli proseslərdən keçirlər.
“Citi Parkın” – belə hərəkət etməyə haqqı yoxdur – dedi Xmaladze.
Vitse-merin dediyinə görə, Tbilisi meriyası bu məsələ ilə bağlı “City Parka” mesaj göndərdi və pozuntuların tənzimlənməsini tələb etdi.
“Müəyyən period ərzində, şirkətin öz səhvlərini düzəldib-düzəltməyəcəyini görəcəyik. Hələlik bu prosesin müşahidə vəziyyətindəyik.
Əgər bu praktika yenə davam etsə və şirkət qeyri-qanuni cərimələr qoymağa davam etsə, “City Parkla” olan müqaviləmizi mütləq dayandıracağıq” – dedi İrakli Xmaladze.