İrakli Karseladze - Kveşeti-Kobi layihəsi əsasında Stepantsmindayla davamlı əlaqə təmin ediləcək
İrakli Karseladze - Kveşeti-Kobi layihəsi əsasında Stepantsmindayla davamlı əlaqə təmin ediləcək

 

2021-ci ilin mayında Kveşeti-Kobi tarixi layihəsi üzrə qayalıq sahədə dünyada unikal, 9 kilometrlik, diametri 15 metr olan davamlı tunelin tikintisinə başladıq ki, bunun üçün xüsusi olaraq tunel qazan maşın TBM hazırlanmışdır-bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze parlamentdə Nazir Saatı formatında çıxışı zamanı bildirib.

Onun da qeyd etdiyi üzrə , bu günə olan vəziyyətə əsasən, TBM qurğusu artıq əsas tunelin 1,8 km dərinliyində işləyir, təxliyə tuneli isə 3,1 km-ə qədər kəsilib. Dörd tuneldən və dörd körpüdən, o cümlədən unikal tağlı körpüdən ibarət olan Kveşetiyə gedən yolda da işlər davam etdirilir.

Nazirin sözlərinə görə, layihənin inkişafı üçün 2022-ci ildəki irəliləyiş vacib olacaq.

“Layihənin məzmununa gəlincə, bu, onilliklər ərzində qış mövsümündə bağlı olan yol və on kəndin adi tibbi və məişət ehtiyaclarından məhrum olması ilə bağlı çoxsaylı çağırışlara kompleks cavabdır. Məhz bu layihə bu və bir çox başqa problemləri həll edəcək” -deyə İrakli Karseladze bildirib.

Nazirin sözlərinə görə, layihədə yol təhlükəsizliyi normalarına uyğun, Qudauri istiqamətində yeni beş kilometrlik yolunun tikintisi nəzərdə tutulur ki, bu da Qudauriyə yeni turist axınının cəlb edilməsinə əlavə imkanlar yaradacaq, həmçinin kəndlərdə yeni kurort qəsəbələrinin salınmasına kömək edəcək.

Onun açıqlamasına görə, layihə çərçivəsində əhalinin ehtiyaclarına əsaslanan kiçik daxili infrastruktur layihələri də nəzərdə tutulub ki, bununla da Stepantsminda ilə davamlı əlaqə və fasiləsiz tranzit hərəkəti təmin ediləcək.