İrakli Karseladze - fəlakət zonasına bütün resurslar cəlb olunur və bu vəziyyətdə ən effektiv texnikalar əlavə edilir
İrakli Karseladze - fəlakət zonasına bütün resurslar cəlb olunur və bu vəziyyətdə ən effektiv texnikalar əlavə edilir

Xilasedicilərin nəzarəti altında təbii fəlakət zonasında xilasetmə və axtarış işlərini həyata keçirən 103 ədəd ağır texnika işləyir. Çayın o biri sahilinə də keçmək mümkün olub, ərazi daha da genişlənib və hazırda biz 10 lokasiyada işləyirik, – regional inkişaf və infrastruktur naziri İrakli Karseladze təbii fəlakət bölgəsində jurnalistlərə bildirib.

Nazir çəkilən yolun əhəmiyyətindən danışıb, onun vasitəsilə nəqliyyat vasitələrini fəlakət zonasından çıxarmaq mümkün olub.

Onun sözlərinə görə, xüsusi texnikanın köməyi ilə dünən və bu gün ümumilikdə 20 texnika çıxarılıb.

Karseladzenin sözlərinə görə, indiki mərhələdə kotteclər ərazisində işlər intensiv şəkildə aparılır.

“Cəsədlərin tapılması üçün bütün işlər gedir. Bu, bizim indiki mərhələdə əsas prioritetimiz, düşüncəmiz və qayəmizdir. Əslində, ilk gündən bütün resurslar işə cəlb edilib və bu vəziyyətdə ən effektiv olan texnikalar əlavə olunur. Mən bu günlərdə xilasedicilərin, əsgərlərin və ağır texnika operatorlarının göstərdiyi böyük səylər barədə heç nə demirəm”, – deyə İrakli Karseladze bildirib.