İrakli Kadaqişvili və Paata Mancqaladze arasında plenar iclasda sözlü qarşıdurma yaşanıb
İrakli Kadaqişvili və Paata Mancqaladze arasında parlamentin plenar iclasında sözlü qarşıdurma yaşanıb.
Sözlü qarşıdurmaya səbəb müxalifətdən olan deputatın çıxışı olub.
Paata Mancqaladze qeyd edib ki, Zviad Qamsaxurdianı Çauşesko adlandıran şəxs indi onu təxribatçı adlandırır.
“Siz 9 Aprel qəssabının, Lebedin sponsorlarısınız” – deyə Mancqaladze parlament əksəriyyətinin üzvlərinə müraciət edib.
İrakli Kadaqişvili Mancqaladzenin çıxışına etiraz edib və biabırçı müxalifətçilərdən 9 Aprel haqda heç bir replika qəbul edə bilməyəcəyini qeyd edib.
İrakli Kadaqişvili Paata Mancqaladzeni – “keşniş”, “toyuq”, “it oğlu”, “bişərəf” adlandırıb.
“Sizlər vətən xainlərisiz. 9 Aprel haqda sizdən nə dinləməliyəm? Gürcüstanın şüarı belə idi – Gürcüstan Gürcüstanda doğulur və yenə də belədir- Gürcüstan Gürcüstanda doğulur!”-deyə Kadaqişvili müxalifətə müraciət edib.