İrakli Kadagişvili - Hələlik Kvarelinin və yaxud hansısa seqmentin bağlanmasından söhbət getmir
Bugün Kaxetidə koronavirusu təsdiqlənən həkim, Tbilisidə, Boçorişvili adına klinikaya yerləşdirildi.
Bu barədə bəyanatı Kaxeti bölqəsinin qubernatoru İrakli Kadagişvili verdi.
Onun dediyinə görə, Kvareli munisipalitetində mayın 1-də, risk qruplarda PCR testlərin keçirilməsi başladı və ilk növbədə həkimlər yoxlandılar.
Kadagişvilinin dediyinə görə, risk qruplarında olan bütün insanlar karantindədirlər.
Qubernatorun bəyanatına görə, Kvareli munisipalitetinin bağlanması məsələsi və yaxud digər requlyasiyalar təcili testlərin nəticələrindən sonra bəlli olacaq.
Xatırladaq ki, bugün Kaxetidə koronavirusun ilk halı qeydə alındı.