İrakli Çikovani - Aprelin 27-dən, müəyyən məhdudiyyətlərin və həmçinin, avtomobil hərəkəti məhdudiyyətinin qaldırılması prosesi başlayacaq
Aprelin 27-dən, müəyyən məhdudiyyətlərin və həmçinin, avtomobil hərəkəti məhdudiyyətinin qaldırılması prosesi başlayacaq, – bu barədə bəyanatı baş nazirin müşaviri və mətbuat katibi İrakli Çikovani iqtidar administrasiyasında koordinasiya şurasının iclasından sonra verdi.
Koordinasiya şurasının qərarı ilə, avtomobil hərəkəti ölkədə aprelin 17-dən, aprelin 21-nə qədər məhdudlaşdırılmışdı.
Eyni zamanda, Gürcüstanda fövqəladə vəziyyət bir ay müddəti ilə, mayın 21-nə qədər uzadıldı.