İrakli Ğaribaşvili Yens Stoltenberq ilə görüşəcək

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili iqtidar nümayəndə heyyəti ilə bərabər, Brüsseldə görüşlər keçirməyə davam edir.

Bu gün yüksək səviyəli görüşlər Avroparlament və NATO-da keçiriləcək.

Gürcüstan dövlət başçısını NATO qərargahında alyansın baş katibi Yens Stoltenberq qarşılayacaq.

Görüşdən sonra isə, hər ikisinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Həmçinin, NATO-Gürcüstan komisiyasının iclası keçiriləcək.