İrakli Ğaribaşvili yeni təhsil nazirini bu gün təqdim edəcək
İrakli Ğaribaşvili yeni təhsil nazirini bu gün təqdim edəcək

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili yeni təhsil və elm nazirini bu gün təqdim edəcək.

Bu barədə məlumatı sosial şəbəkədə Gürcüstanın Hökumət Administrasiyasının Strateji Kommunikasiyalar Şöbəsinin rəhbəri Nino Qiorqobiani yayır.

Hökumət Administrasiyasında iclas, bu gün saat 14:00-da keçiriləcək.

Mixeil Çxenkeli 2019-cu ildən bu günədək təhsil naziri vəzifəsindədir.

Qiorqi Amilaxvarinin təhsil və elm naziri vəzifəsində Mixeil Çxenkelini əvəz edəcəyi ilə bağlı məlumat yayılır. Amilaxvari 2021-ci ildən Gürcüstan parlamentinin Təhsil və Elm Komitəsinə rəhbərlik edir.