İrakli Ğaribaşvili - Vətəndaşlara müraciət etmək istəyirəm ki, məhdudiyyətlərin qaldırılmasına daha böyük məsuliyyətlə yanaşsınlar
İrakli Ğaribaşvili - Vətəndaşlara müraciət etmək istəyirəm ki, məhdudiyyətlərin qaldırılmasına daha böyük məsuliyyətlə yanaşsınlar

“Bildiyiniz kimi, dünən koordinasiya şurasının iclasında, məhdudiyyətlərin qaldırılması ilə bağlı müəyyən qərarlar verdik”, – dedi baş nazir.

Baş nazir məhdudiyyətlərin mərhələ şəklində, tam şəkildə qaldırılması planı barədə danışdı.

“Mən qeyd etmək istəyirəm ki, hər bir məhdudiyyətin qaldırılması vətəndaşlarımızın məsuliyyətidir. Fürsətdən istifadə edib, vətəndaşlara müraciət etmək istəyirəm ki, məhdudiyyətlərin qaldırılmasına daha böyük məsuliyyətlə yanaşsınlar ki, mövcud olan vəziyyəti qoruyaq və epid-vəziyyət daha da ağırlaşmasın. Bu məsələ ilə bağlı iqtidarın əhalinin yardımına ehtiyyacı var”, – dedi İrakli Ğaribaşvili.