İrakli Ğaribaşvili və Piter Siartonun görüşündən sonra, Gürcüstan və Macarıstan arasında təhsil sahəsində memorandum imzalandı
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Macarıstanın Xarici İşlər Naziri Piter Siarto ilə görüşdü.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, söhbət avro-atlantik və Avropa inteqrasiyası yolunda Gürcüstanın əldə etdiyi tərəqqiyə və bu baxımdan Macarıstanın dəstəyinə toxundu.
Baş nazir qeyd etdi ki, Gürcüstan iqtidarı “Vizear” aviaşirkətinin Gürcüstanda reyslərini bərpa etməsini salamlayır.
Görüşdə iki tərəfli əməkdaşlığın prioritet məsələlərindən biri təhsil sahəsi idi. Dövlət başçısı bu məsələ ilə bağlı Gürcüstan və Macarıstan arasında qoyulan memorandumu müsbət dəyərləndirdi və ümid etdi ki, memorandum iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirəcək.