İrakli Ğaribaşvili, Türkiyədən idxal olunmuş dərmanların yaxın bir neçə həftə ərzində apteklərə daxil edilməsinə başlanılacağını bildirir
İrakli Ğaribaşvili, Türkiyədən idxal olunmuş dərmanların yaxın bir neçə həftə ərzində apteklərə daxil edilməsinə başlanılacağını bildirir

 

Dərmanların yüksək qiymətləri qəbuledilməzdir, biz buna münasibət bildirmişik, həll yolunu asanlıqla tapdıq və Türkiyədən idxal olunmuş dərmanların yaxın bir neçə həftə ərzində apteklərə daxil edilməsinə başlanılacaq – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Hökumət başçısı qeyd edib ki, mart ayından elektron resept sistemi tətbiq olunacaq ki, bu da rəqabəti gücləndirməyə kömək edəcək.

Baş nazirin sözlərinə görə, mövcud maneələrin aradan qaldırılması vacibdir və məsələn, dərman vasitələrinin idxalı üçün lisenziyanın alınması müddəti 45 iş günündən 7 günədək endirilib.

” Əczaçılıq şirkətlərinin və idxalçıların Türkiyədən keyfiyyətli, ucuz dərmanlar gətirmək üçün artıq fəal işlədiklərini bilirəm və məndə olan məlumata görə, yaxın bir neçə həftə ərzində dərmanlar apteklərə daxil ediləcək. Bu da əhalimiz üçün rahatlıq olacaq, çünki əslində bu xərclər əhalimiz üçün böyük yükdür, dərmanların baha olması qətiyyən qəbuledilməzdir. Buna görə məsələyə münasibət bildirdik və asanlıqla həll yolunu tapdıq. Geridə qalanlar, cənab Zuranın başlatdığı qanunvericilikdə dəyişiklik, elektron reseptlərin tətbiqi artıq bununla bağlı proses gedir , çox yaxında, məndə olan məlumata görə, mart ayından daxil ediləcək və fikrimcə, bu rəqabətin güclənməsinə kömək edəcək. İdxalçılara yol açmalıyıq.

Bilirəm ki, əvvəllər mövcud olan maneələr, məsələn, dərman idxalı üçün lisenziya almaq 45 iş günü çəkirdi. Biz bunu yeddi günə azaltmışıq və biz bazarı mümkün qədər açmaq, daha çoxunun gətirməsini, daha çox rəqabət olmasını , dərmanların qiymətlərinin aşağı olmasını istəyirik və bu, təbii ki, vətəndaşlarımızın qənaət etməsinə kömək edəcək” -deyə İrakli Ğaribaşvili bildirib.