İrakli Ğaribaşvili Türkiyə səfiri ilə görüşdü
İrakli Ğaribaşvili Türkiyə səfiri ilə görüşdü

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Türkiyənin Gürcüstandaki səfiri Fatma Ceren Yazqan ilə görüşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə söhbət Gürcüstan və Türkiyənin strateji partnyorluğu və iki tərəfli əməkdaşlıq gündəminin əsas məsələlərinə toxundu.

Həmçinin, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu. Qeyd edildi ki, həayata keçirilən birgə iri layihələr iki ölkə arasındaki effektiv strateji partnyorluğun və etibarlı əməkdaşlığın bariz nümunəsidir.