İrakli Ğaribaşvili - "Starring Georgia" layihəsi uğurlu oldu, layihə çərçivəsində Gürcüstanda iki möhtəşəm meqaşou keçirildi
İrakli Ğaribaşvili - "Starring Georgia" layihəsi uğurlu oldu, layihə çərçivəsində Gürcüstanda iki möhtəşəm meqaşou keçirildi

 
“Starring Georgia” layihəsi olduqca uğurlu oldu, layihə çərçivəsində Gürcüstanda iki möhtəşəm meqaşou keçirildi, “Starring Georgia”nın bütün heyəti və bu mühüm meqaşoların təşkilində əməyi keçən hər kəsə minnətdaram-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında danışıb.

Baş nazir hökumətin 2024-cü ildə də Gürcüstanda mühüm, böyük sürprizlər təşkil etməyi planlaşdırdığını söyləyib.

“Bilirsiniz ki, “Starring Georgia” layihəsi olduqca uğurlu oldu, layihə çərçivəsində Gürcüstanda iki möhtəşəm meqaşou keçirildi. Bilirəm ki, bu konsertlərdə bir çox həmvətənlərimiz, həm də əcnəbilər iştirak edirdi və onlar bu konsertləri bəyəndilər və razı qaldılar. 2024-cü ildə də Gürcüstanda çox mühüm, böyük sürprizlər təşkil edəcəyik. Beləliklə, “Starring Georgia”nın bütün heyəti və bu mühüm meqaşoların təşkilində əməyi keçən hər kəsə minnətdaram” – baş nazir bildirib.