İrakli Ğaribaşvili - Sənədi imazalayaraq, əsas yaratdıq ki, cənab Melia həbsdə qalmasın, bundan sonrası müxalifətdən asılıdır
İrakli Ğaribaşvili - Sənədi imazalayaraq, əsas yaratdıq ki, cənab Melia həbsdə qalmasın, bundan sonrası müxalifətdən asılıdır

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bəyan edir ki, Şarl Mişelin sənədini imzalayaraq, əsas yaradıldı ki, Nika Melia həbsdə qalmasın, bundan sonrası isə, müxalifətdən asılıdır.

Şarl Mişelin təqdim etdiyi sənədi müxalifət partiyaları dünən imazladılar.

Avropa Şurasının prezidenti Şarl Mişel siyasi partiyalara yeni sənədi bir neçə gün öncə təqdim etdi. Sənədə görə, razılaşmanın imzalanmasından bir həftə sonra tərəflər iki önəmli siyasi məsələyi müzakirıə etməlidirlər.

Həmçinin, sənədə əsasən, əgər iqtidar partiyası yerli seçkilərdə 43 faizə qədər səs yığa bilməsə, növbədənkənar parlament seçkiləri 2022-ci ildə keçiriləcək.