İrakli Ğaribaşvili Rezo Amaşukelinin vəfatından dolayı kədərləndiyini ifadə edir
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili şair Rezo Amaşukelinin vəfatından dolayı kədərləndiyini bildirir.
İrakli Ğaribaşvili Amaşukelinin ailəsinə başsağlığı verir.
“Görkəmli şair Rezo Amaşukelinin vəfatı məni çox kədərləndirdi. Vətən, insan məhəbbəti ilə dolu, bənzərsiz dəst-xətti ilə yaratdığı poeziyası ədəbiyyatımızın ən mühüm tapıntısıdır. Eyni zamanda o, ölkəsinin ən yaxşı vətəndaşı idi. Hələ Sovet dövründən ömrünün son dəqiqəsinə kimi cənab Rezonun kompromissiz ictimai mövqeyi hamımız üçün örnəkdir.Bu çətin anlarda cənab Rezonun ailəsinə və bütün Gürcüstana həmrəylik və səmimi başsağlığımı çatdırıram”-deyə
Ğaribaşvilinin bəyanatında deyilir.
Şair Rezo Amaşukeli 85 yaşında vəfat edib.