İrakli Ğaribaşvili - Qara dənizin kurort zonasında və Samtrediadan Choroxiyə qədər, 110 km-ə qədər uzunluğu olan yeni yol kurort zonalarından yan keçməklə sürətli səyahətə imkan verir
İrakli Ğaribaşvili - Qara dənizin kurort zonasında və Samtrediadan Choroxiyə qədər, 110 km-ə qədər uzunluğu olan yeni yol kurort zonalarından yan keçməklə sürətli səyahətə imkan verir

 

Qriqoletinin dolama yolu da daxil olmaqla, Qara dənizin kurort zonasında və Samtrediadan Choroxiyə qədər, ümumilikdə 110 km-ə qədər uzunluğu olan yeni yol kurort zonalarından yan keçməklə sürətli səyahətə imkan verir ki, bu da tranzit daşımaları, turizmin inkişafı və turizm zonasında ekoloji vəziyyətin yaxşılaşması baxımından olduqca önəmlidir-bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Qriqoleti dolama yolunun tikintisi ilə tanış olarkən bildirib.

Regional inkişaf və infrastruktur naziri İrakli Karseladze hökumət başçısına görülən işlər barədə məlumat verib və qeyd edib ki, Qriqoleti dolama yolunun 14,4 km-lik hissəsində tikinti işləri aktiv mərhələdədir, layihəyə əsasən isə Samtredia-Qriqoleti yolu Kobuletinin dolama yoluna birləşəcək və nəqliyyat axını Qriqoletidən Kobuleti istiqamətində maqistral yolda hərəkət edəcək.

Layihə çərçivəsində 4 zolaqlı 14,4 km asfalt-beton yol, 22 körpü keçidi, 4 nəqliyyat qovşağı, su boruları və yeraltı keçidlər tikiləcək.

Qriqoletinin dolama yolu layihəsini Avropa İnvestisiya Bankı 228 milyon lari ilə maliyyələşdirib.

Baş nazirlə birlikdə icraçı, qanunverici və yerli hakimiyyət orqanlarının nümayəndələri də ərazidə olublar.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.