İrakli Ğaribaşvili - planetimizin gələcəyini vahid səylə təmin etməyin vaxtı yetişib
İrakli Ğaribaşvili - planetimizin gələcəyini vahid səylə təmin etməyin vaxtı yetişib

 

BMT-nin 27-ci İqlim Dəyişikliyi Konfransı maraqlı dairələri və tərəfləri iqlim dəyişikliyi ilə bağlı dialoqa cəlb etmək üçün yaxşı platformadır – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazır.

Hökumət başçısı konfransa ev sahibliyi etdiyinə görə Misir prezidentinə təşəkkür edir.

“Şarm Əl-Şeyxdə BMT-nin İqlim Dəyişikliyi üzrə 27-ci Konfransının açılış sessiyasında iştirak etməkdən şadam. Tədbirə ev sahibliyi etdiyi üçün Misir prezidenti Əbdül-Fəttah əs-Sisiyə təşəkkür edirəm. Bu konfrans maraqlı dairələri və tərəfləri iqlim dəyişikliyi üzrə davam edən dialoqa cəlb etmək üçün çox yaxşı platformadır. Planetimizin gələcəyini vahid səylə təmin etməyin vaxtı çatıb!” –deyə İrakli Ğaribaşvili yazır.