İrakli Ğaribaşvili - peyvənd olmağınızı xahiş edirəm, Dünya Səhiyyə Təşkilatı tərəfindən avtorizasiya verilmiş , dünyanın ən yaxşı peyvəndlərinə sahibik
İrakli Ğaribaşvili - peyvənd olmağınızı xahiş edirəm, Dünya Səhiyyə Təşkilatı tərəfindən avtorizasiya verilmiş , dünyanın ən yaxşı peyvəndlərinə sahibik

 

Peyvənd olmağınızı xahiş edirəm, Dünya Səhiyyə Təşkilatı tərəfindən avtorizasiya verilmiş , dünyanın ən yaxşı peyvəndlərinə sahibik, bir çox bizdən daha varlı ölkələr ən yaxşı peyvəndləri daxil edə bilmədilər- bu barədə İrakli Ğaribaşvili Bolnisidə, “Gürcü Arzusu”-nun Bolnisi merliyinə namizədi Davit Şerezadişvilinin təqdimatında çıxışı zamanı bildirib.

Hökumət başçısı, ailəsinin bütün üzvlərinin peyvəndləndiyini və bununla əlaqədar heç bir təhlükə və qorxunun olmadığını qeyd edib.

“Pandemiyadan irəli gələrək bir daha peyvənd olunmağınızı xahiş etmək istəyirəm. Şəxsən mən peyvənd oldum. Valideynlərim, ailəmin bütün üzvləri peyvənd olunublar. Bu baxımdan heç bir təhlükə və qorxu yoxdur. Çoxlu yalan məlumatlar yayılır. Namizəddən və hər kəsdən, majoritarlardan daha çox məlumat , əhali ilə daha çox ünsiyyət qurmalarını xahiş etmək istəyirəm. Tamamilə təhlükəsiz olduğunu izah edək. Dostlar, hökumət peyvəndləri ölkəyə gətirib, bir çox ölkə bizdən qat -qat güclüdür, daha varlıdır, amma ən yaxşı peyvəndləri daxil edə bilməyib. Dünya Sağlamlıq Təşkilatı tərəfindən tanınan, avtorizasiya verilmiş dünyanın ən yaxşı peyvəndlərinə sahibik. “Pfizer”-in milyon yarım dozasına sahibik, həmçinin Çin istehsalı, ənənəvi üsullarla hazırlanan peyvəndin milyon yarım dozasına sahibik. Müvafiq olaraq, pandemiyanı məğlub etməyimizin, iqtisadi artımı təşviq etmənin və maneə törədilməməsinin yeganə yolu çox sadə bir şeydən keçir-peyvənd olaq. Bir daha təkrarlamaq istərdim ki, əsas arqument peyvənd olunmuş insanın ölümünün istisna edilməsidir. Buna görə də əhalimizi, ailə üzvlərimizi, dostlarımızı, qohumlarımızı peyvənd etdirməli və bununla da ölkənin inkişafına güclü töhfə verməyə davam etməliyik. Əsas qayğımız bu olmalıdır “-deyə İrakli Ğaribaşvili bildirib.