İrakli Ğaribaşvili - “Omikron” zəif gedişatı ilə seçilir , lakin təhlükə hələ də yüksəkdir, biz 50 yaşdan yuxarı vətəndaşlara 200 lari əlavə pul ödəyirik, bu prosesi daha da genişləndirmək istəyirik
Həkimləri və elm adamlarını dinləyir, “Omikron”-un kifayət qədər zəif gedişatı ilə xarakterizə olunduğunu bilirik, lakin buna baxmayaraq, əsasən də yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün risk hələ də yüksəkdir. Bu səbəbdən bəhsi keçən qruplara daha çox diqqət ayırılmalı və 50 yaşdan yuxarı insanlar üçün təşviqedici kampaniyalar aparmalıyıq, 200 lari əlavə pul ödəməli və bu gün mövcud olan bütün peyvəndləri istifadə etməliyik – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.
Hökumət başçısının sözlərinə görə, bu həftə koronavirusa yeni yoluxma hallarının sayı artır, ölkənin müvafiq sektorları hazır vəziyyətə gətirilib, epidemioloji göstəricilərə intensiv nəzarət olunur və onların davamlı təhlili aparılır.
“Son günlər ərzində aparılan testlər nəticəsində kifayət qədər yüksək gündəlik yoluxma sayı aşkar edilmiş oldu, lakin ölüm nisbəti 1,4% təşkil edir, bu olduqca aşağıdır və bu həftə də azalma tendensiyası davam edir. Maraqlıdır ki, indiyədək yeni halların artan dinamikasına baxmayaraq, bu, hələ də xəstəxana sektorunda əks olunmayıb və təzyiq əsasən laboratoriya və ilkin səhiyyə, ambulator şəbəkə səviyyəsindədir. Prosesi müşahidə edirik. Fürsətdən istifadə edərək bir daha əhalini peyvəndləmə prosesinə qoşulmağa çağırmaq istərdim. Cənab Zurab Azaraşvili ilə danışdıq və biz peyvəndləməni genişləndirmək istəyirik. Ümumiyyətlə, biz rayonlarda, kəndlərdə peyvəndləmələrə daha aktiv və intensiv başlamaq istəyirik. Əhalinin nəzərinə çatdırım ki, biz ilk dəfədəcə 50 yaşdan yuxarı vətəndaşlara 200 lari təşviqedici pul əlavəsi ödəyirik. Biz bu prosesi genişləndirmək və vaksinləri kəndlərdə tətbiq etmək istəyirik. Həkimləri və elm adamlarını dinləyir, “Omikron”-un kifayət qədər zəif gedişatı ilə xarakterizə olunduğunu bilirik, lakin buna baxmayaraq, əsasən də yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün risk hələ də yüksəkdir. Bu səbəbdən bəhsi keçən qruplara daha çox diqqət ayırılmalı və 50 yaşdan yuxarı insanlar üçün təşviqedici kampaniyalar aparmalıyıq, 200 lari əlavə pul ödəməli və bu gün mövcud olan bütün peyvəndləri istifadə etməliyik” – deyə baş nazir bildirib.