İrakli Ğaribaşvili - ölkəyə 2 milyon dozadan çox vaksin gətirilib , bu fonda ölkəni yenidən bağlamaq tamamilə əsassızdır
Ölkəyə 2 milyon doza vaksin gətirilib, ümumilikdə bir aya ölkədə 3 milyondan artıq vaksin olacaq. Ölkəni yenidən bağlamaq tamamilə əsassızdır-deyə baş nazir İrakli Ğaribaşvili Maliyyə Nazirliyinin 10 illik fəaliyyət planının təqdimatında bildirib.
Hökumət başçısının da qeyd etdiyi kimi, hökumət iqtisadiyyatı dayandırmayacaq, çünki bu yanlış yoldur.
“Qətiyyətli bir şəkildə qərar verdik və dedik ki, bu vəziyyətdə ölkəyə 2 milyon dozadan çox peyvənd gətirildikdə, ümumilikdə bir ay ərzində 3 milyondan çox peyvəndimiz olacaq, ölkəni bağlamaq tamamilə əsassızdır. İqtisadiyyatı dayandırmayacağıq, bu yanlış yoldur. Vaksinasiya birbaşa ölkəmizin yüksək iqtisadi inkişafı ilə bağlıdır. Son günlərdə peyvəndləmə istiqamətində sürətin artdığını görürük. Dünən 20.000 peyvəndləmə həyata keçirildi, lakin bu kifayət deyil, hədəf göstəriciyə çatmaq üçün gündəlik olaraq daha da çox peyvəndləmə aparmalıyıq. Bizim vəzifəmiz yaxın 2-3 ay ərzində üç milyon insanı peyvənd etməkdir ki, bu da ölkədə yüksək iqtisadi artım tempini saxlamağa, dayanmamağa, ölkəni bir daha bağlamamağa və keçən ilki kimi eyni ağır nəticələrə səbəb olmamağa imkan verəcək”-deyə baş nazir bildirir.
Hökumət başçısının sözlərinə görə, qapanma ilə virus məğlub edilə bilməz və virusla mübarizə üçün əsas yol peyvənddir.
Baş nazir bir daha əhalini peyvənd olunmağa çağırıb.
“Qapanma ilə virusu məğlub edə bilmərik, müvəqqəti gecikmə ola bilər, lakin yekun olaraq peyvənd virusu məğlub edəcək. Bir daha əhalimizdən peyvəndləmə prosesində fəal iştirak etmələrini xahiş edirəm. Olduqca çoxlu yalan məlumatlar yayılır. Müxtəlif vasitələr, sosial media, televiziya vasitəsi ilə həddən artıq çox yoxlanılmamış məlumatlar yayılır. Peyvənd kimi bu bənzərsiz vasitəni və çıxış yolunu tapan elm adamlarına və elmə inanmalıyıq. Ümumilikdə, ölkə çox müsbət dinamikaya malikdir. Biznes sektorun nümayəndələri də burda iştirak edirlər və mən bilirəm ki, onların əhval -ruhiyyəsi də müsbətdir. Ölkədəki dinamika təsadüfü deyil. Onu saxlamaq və daha da gücləndirmək lazımdır. Hökumət makroiqtisadi sabitliyi qorumaq və gücləndirmək üçün əlindən gələni edir. Əsas problem xarici borcları azaltmaq, cari kəsiri azaltmaq və ümumiyyətlə, çox effektiv şəkildə idarə edə biləcəyimiz bu prosesi sürdürməkdir “,- İrakli Ğaribaşvili bildirib.