İrakli Ğaribaşvili - Növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək
İrakli Ğaribaşvili - Növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək

Növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək, – Bu barədə bəyanatı Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, Gürcüstan-Avropa İttifaqının Asosiasiya şurasının iclasından sonra, Cozef Borel və Oliver Varheislə bərabər keçirdiyi mətbuat konfransında verdi.

Baş nazirin dediyinə görə, bütün beynəlxalq təşkilatlar və müşahidəçilər qəbul etdilər ki, parlament seçkiləri azad və ədalətli idi.

“Növbədənkənar parlament seçkilərinə gəlincə isə, seçkilərin nə zaman keçiriləcəyi mənim qərarım deyil. Bütün beynəlxalq təşkilatlar qəbul etdilər ki, seçkilər ədalətli idi, növbəti parlament seçkiləri isə, 2024-cü ildə keçiriləcək” – dedi İrakli Ğaribaşvili.