İrakli Ğaribaşvili - nazir Azaraşvili bütün dərmanların yüksək keyfiyyətli olması üçün ölkədə dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının yaradılması üzərində fəal şəkildə işləyir
İrakli Ğaribaşvili - nazir Azaraşvili bütün dərmanların yüksək keyfiyyətli olması üçün ölkədə dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının yaradılması üzərində fəal şəkildə işləyir

 

Demək istəyirəm ki, artıq onlarla müxtəlif növ dərman preparatları qeydiyyat üçün nazirliyə təqdim olunub və bu proses çox tezliklə sürətləndiriləcək ki, bütün dərmanlar vaxtında dəyişdirilə bilsin və əhalinin daha ucuz dərman satın almaq üçün seçim haqqı olsun -bu barədə baş nazir İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Hökumət başçısı həmçinin, qeyd edib ki, səhiyyə naziri Zurab Azaraşvili ölkədə dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının yaradılması üzərində fəal şəkildə işləyir.

“Ən əsası, biz əvvəldən demişdik ki, əsas tələbimiz keyfiyyət olacaq və bu keyfiyyət əldə edilib. Təbii ki, Türkiyədən gətirilən bütün dərmanlar “GMP” standartına cavab verir və verəcək.

Hazırda nazir Azaraşvili Gürcüstanda istehsal olunan və ya daxil edilən, idxal olunmuş dərmanların yüksək keyfiyyətli olması üçün Dərman Vasitələrinin Keyfiyyətinin Yoxlanılması Laboratoriyasının yaradılması üzərində fəal işləyir . Biz bu prosesə mümkün qədər nəzarət edəcəyik” – deyə baş nazir bildirib.