İrakli Ğaribaşvili - mənəvi atamızı taxta çıxmasının 44-cü ildönümü münasibətilə böyük sevgi və ehtiramla təbrik edir, xalqımızın və ölkəmizin rifahı naminə ona uzun ömür arzulayıram

 

Mənəvi atamızı taxta çıxmasının 44-cü ildönümü münasibətilə böyük sevgi və ehtiramla təbrik edir, xalqımızın və ölkəmizin rifahı naminə ona uzun ömür arzulayıram-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Facebook” sosial şəbəkəsində yazıb.

Hökumət başçısının sözlərinə görə, tarixi əhəmiyyətə malik nailiyyət- Gürcüstan Ortodoks Apostol Kilsəsinin avtokefaliyasının beynəlxalq səviyyədə tanınması, kilsəmizin güclənməsi, mənəviyyatın dirçəlişi , kilsə-monastırların inşaasındakı misli görünməmiş artım, kilsə təhsilinin və elminin inkişafı patriarxın şəxsi xidmətlərinin və böyük beynəlxalq nüfuzunun nəticəsidir.

“Böyük sevgi və hörmətlə Gürcüstanın katolikos-patriarxı, II İliyanı taxta çıxmasının 44-cü ildönümü münasibətilə təbrik edirəm.

Bu mühüm gün münasibətilə bütün Gürcüstan vətəndaşlarını da həmçinin təbrik edirəm.

Ölkəmiz azadlıq və mənəvi dirçəliş yolunun ən çətin tarixi hissəsini, son yarım əsrə yaxın bir müddəti onun mənəvi rəhbərliyi ilə keçmə xoşbəxtliyinə qovuşdu. Patriarxın yorulmaz fəaliyyəti hər zaman birliyimizi, sabitliyimizi, gələcəyə ümid və inamımızı qoruyub saxlamağa kömək edib.

Tarixi əhəmiyyətə malik nailiyyət- Gürcüstan Ortodoks Apostol Kilsəsinin avtokefaliyasının beynəlxalq səviyyədə tanınması, kilsəmizin güclənməsi, mənəviyyatın dirçəlişi , kilsə-monastırların inşaasındakı misli görünməmiş artım, kilsə təhsilinin və elminin inkişafı patriarxın şəxsi xidmətlərinin və böyük beynəlxalq nüfuzunun nəticəsidir. Mən mənəvi atamıza xalqımızın və ölkəmizin rifahı naminə uzun ömür arzulayıram” – deyə İrakli Ğaribaşvili yazır.