İrakli Ğaribaşvili - İrakli Kobaxidzenin partiyamıza yönəlik mümkün qədər diqqətli hərəkət etməmizə dair çağırışına qoşuluram, çünki çox ciddi təxribatçılarla qarşı-qarşıyayıq
İrakli Ğaribaşvili - İrakli Kobaxidzenin partiyamıza yönəlik mümkün qədər diqqətli hərəkət etməmizə dair çağırışına qoşuluram, çünki çox ciddi təxribatçılarla qarşı-qarşıyayıq

 
Hamımız razılaşmalıyıq ki, birlikdə ölkəmizə sahib çıxmalıyıq, ölkəni sakitləşdirməliyik, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili jurnalistlərə bildirib.

İrakli Ğaribaşvili Karelidə baş verən hadisə ilə bağlı suala cavab olaraq bildirib ki, nə baş verdiyini müəyyənləşdirmək lazımdır.

“Əlbətdə ki, İrakli Kobaxidzenin partiyamıza yönəlik mümkün qədər diqqətli hərəkət etməmizə dair çağırışına qoşuluram, çünki bilirik ki, bu dinc seçki mühitinə və prosesə xələl gətirmək üçün hər şeyi edən çox ciddi təxribatçılarla qarşı-qarşıyayıq. Ümumiyyətlə deyirəm ki, bu müəyyən edilməlidir, bunun kadrlarını görməliyik, bu təsdiqlənməlidir . Sizə deyim ki, əlbəttə ki, təxribatçı hücumlar mənim üçün qəbuledilməzdir, şiddət də mənim üçün qəbuledilməzdir. Bax bu təxribatçı suallar belə qəbuledilməzdir. Lakin, hamımız razılaşmalıyıq ki, birlikdə ölkəmizə sahib çıxmalıyıq, ölkəni sakitləşdirməliyik, seçkiləri dinc mühitdə keçirməliyik və sonrakı üç il yenidənqurma və tərəqqi ili olsun” – deyə İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstanda media tamamilə azaddır.

“Məndən medianı susdurmağımı istəyirsiniz. Buna inanan varmı ? 2012-ci ilin 1 oktyabrından sonra Gürcüstanda media tamamilə azaddır. 14 günə televiziya aça bilərsiniz və siz ” Mtavari Arxi” bunun nümunəsisiniz. Belə ki, sakitləşin və bu rahatlıqdan zövq alın “-deyə İrakli Ğaribaşvili bildirib.