İrakli Ğaribaşvili - İordaniyada artıq ilin sonunda gürcü mədəniyyət mərkəzinin tikintisinə başlamaq bizim böyük arzumuzdur
İrakli Ğaribaşvili - İordaniyada artıq ilin sonunda gürcü mədəniyyət mərkəzinin tikintisinə başlamaq bizim böyük arzumuzdur

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, İordaniyada Gürcüstana verilən torpaqda gürcü mədəniyyət mərkəzi layihəsi ilə əlaqədar cari həftə komissiyanın ilk iclası keçiriləcək.

İrakli Ğaribaşvili layihə üzrə işlərin bir neçə aya yekunlaşacağını və tikinti işlərinin başladılmasının artıq ilin sonu üçün planlaşdırıldığını ehtimal edir.

“Mən İordaniyaya səfərlə başlamaq istəyirəm. Vətəndaşlara bir daha demək istəyirəm ki, bu layihə uğurla başa çatıb, bizə çaya çox yaxın, 10 metr uzaqlıqda torpaq sahəsi verilib və biz aktiv işə başlayacağıq. Bildiyiniz kimi, biz artıq Patriarxlığın nümayəndələrinin də qoşulacağı komissiya yaratmışıq. İstəyirəm ki, bu həftə bir araya gələk, ilk iclası keçirək, konsepsiya, dizayn üzərində işlərə başlayaq. Konsepsiya və layihə olan kimi aktiv işlər başlayacaq. Biz konsepsiya, layihələndirmə üzrə işlərin bir neçə aya tamamlanacağını ehtimal edirik və ilin sonunda orada işə başlamaq bizim böyük arzumuzdur. Bu, bizim planımızdır və biz vaxtaşırı bu barədə vətəndaşlarımıza məlumat verməliyik” – deyə İrakli Ğaribaşvili bildirib.

Xatırlatmaq istərdik ki, mayın 29-da İordaniyada Gürcüstana rəsmi olaraq torpaq verilib və bu torpaqda gürcü mədəniyyət mərkəzi tikiləcək. Hökumət başçısı İrakli Ğaribaşvili İordan çayı ərazisində, Məsihin vəftiz olunduğu yerin yaxınlığında Gürcüstana torpaq sahəsinin təhvil verilməsi ilə əlaqədar rəsmi mərasimdə iştirak edib.