İrakli Ğaribaşvili - hakimiyyət, öz imkanlarımız daxilində veteranların xidmətlərini daha da yüksək qiymətləndirmək üçün əlimizdən gələni edirik və edəcəyik
İrakli Ğaribaşvili - hakimiyyət, öz imkanlarımız daxilində veteranların xidmətlərini daha da yüksək qiymətləndirmək üçün əlimizdən gələni edirik və edəcəyik

 

Qəhrəman əsgərlərimiz ölkəmizin adını qəhrəmancasına qoruyurdular, müxtəlif missiyalarda ölkəmizi ləyaqətlə təmsil edirdilər- deyə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Veteranlar Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Hökumət başçısı Gürcüstanın Əfqanıstanda NATO-nun qeyri-üzvü olan ən böyük töhfə verən ölkə olduğunu, 30-dan çox qəhrəman əsgərin həlak olduğunu, yüzlərlə əsgərin isə xəsarət aldığını bildirib.

“Hər kəsə xatırlatmaq istəyirəm ki, bir çoxu indi veteran olan qəhrəman əsgərlərimiz, sadaladığım missiyalarda ölkəmizin adını qəhrəmancasına qorumuş, ölkəmizi şərəflə təmsil etmişdilər. Bir vaxtlar NATO üzvü olmayan ölkə kimi biz Əfqanıstanda ən çox töhfə verən ölkə idik, Gürcüstan kontingenti Əfqanıstanda ən böyük kontingentlə təmsil olunurdu. Orada 30-dan çox qəhrəman əsgərimizi itirdik, yüzlərlə əsgərimiz yaralandı. Bunlar bizim məğlub edilməyən, sınmamış hərbçilərimiz və veteranlarımızdır. Onlara bir daha təşəkkür etmək istəyirəm. Hər gün sizlərə təşəkkür etməliyik.

Əlbəttə, cəmiyyətimizin inkişafının ölçüsü bizim veteranlarımızı verdikləri töhfələrə, xidmətlərinə görə necə dəyərləndirməyimizdir. Hakimiyyətimiz imkanlarımız daxilində bunu edir və səylərinizi daha da yüksək qiymətləndirmək üçün əlimizdən gələni edəcəyik. Biz gənc nəsillərimizi sizin nümunənizlə böyütməliyik. Bir daha demək istəyirəm ki, məhz veteranların qədrini bilmək bizim borcumuzdur, hökumətimizin borcudur və söz verirəm ki, sizin, xidmətinizi daha yüksək qiymətləndirmək üçün daha çox şey edəcəyik . Bir daha hökumətimiz adından sizə təşəkkür edir, cansağlığı və uğurlar arzulayırıq. Tanrı sizi qorusun”- deyə baş nazir bildirib.