“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri ilə görüşüb.
Görüşdə Gürcüstan və Fransa arasında mövcud dostluq münasibətləri və gələcək əməkdaşlıq perspektivlərinə toxunulub.
İrakli Ğaribaşvili Fransanın səfirinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də tanınmama siyasətinə verdiyi güclü dəstəyə görə təşəkkür edib və Fransanın Aİ-yə namizəd statusunun verilməsi prosesində göstərdiyi güclü dəstəyə görə bir daha minnətdarlığını ifadə edib. Həmçinin, Fransa ilə Gürcüstan arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə Gürcüstandakı siyasi vəziyyət və bölgədə cari hadisələr barədə danışıblar. Sülh və sabitliyin əhəmiyyəti vurğulanıb.
Məlumatı “Gürcü Arzusu”nun mətbuat xidməti yayır.