İrakli Ğaribaşvili - əsl, sadiq avropalı və Gürcüstanın böyük dostu David Sassolinin vəfatı ilə əlaqədar məyusluğumu ifadə edirəm
İrakli Ğaribaşvili - əsl, sadiq avropalı və Gürcüstanın böyük dostu David Sassolinin vəfatı ilə əlaqədar məyusluğumu ifadə edirəm

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Avropa Parlamentinin prezidenti David Sasolinin vəfatı ilə bağlı məyusluğunu dilə gətirib.

Hökumət başçısı “Twitter” sosial şəbəkəsində David Sassolinin əsl, sadiq avropalı və Gürcüstanın böyük dostu olduğunu qeyd edib.

“Mən əsl, sadiq avropalı və Gürcüstanın böyük dostu – Avropa Parlamentinin prezidenti David Sassolinin vəfatı ilə bağlı məyusluğumu ifadə edirəm. David Sassolinin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”-deyə baş nazir İrakli Ğaribaşvili yazır.