İrakli Ğaribaşvili Ermənistan Respublikasının baş nazir aparatının rəhbəri ilə görüşüb
İrakli Ğaribaşvili Ermənistan Respublikasının baş nazir aparatının rəhbəri ilə görüşüb

 

Gürcüstanın baş naziri Ermənistan Respublikasının baş nazir aparatının rəhbəri, Araik Harutunyan ilə görüşüb.

İrakli Ğaribaşvili Araik Harutunyanın Gürcüstana işgüzar səfərini alqışlayıb və Gürcüstanla Ermənistan arasında siyasi dialoqun səviyyəsinə yüksək qiymət verib.

Görüşdə iki ölkə arasında mövcud əlaqələrin dinamik şəkildə inkişaf etdiyi, bunun gələcək əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas olduğu vurğulanıb. Araik Harutunyan səmimi qəbula görə Gürcüstanın baş nazirinə təşəkkür edib və Ermənistanın baş naziri Nikol Paşinyanın səmimi salamlarını çatdırıb.

Ermənistan Respublikası baş nazir aparatının rəhbəri , Ermənistanın Gürcüstanla müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində və ikitərəfli gündəliyin irəlilədilməsində maraqlı olduğunu vurğulayıb.

Tərəflər Gürcüstan-Ermənistan əməkdaşlığının gündəliyinin məsələlərini müzakirə ediblər. Regiondakı vəziyyətə də toxunulub.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.