İrakli Ğaribaşvili - Əhaliyə bildirmək istəyirəm ki, o yayılan audio-yazı 2011-ci ilindir və bir daha təsdiqləyir ki, o vaxt hamımız total dinlənmə qurbanları idik
Əhaliyə bildirmək istəyirəm ki, o yayılan audio-yazı 2011-ci ilindir və bir daha təsdiqləyir ki, o vaxt hamımız total dinlənmə qurbanları idik, – bu barədə bəyanatı Gürcüstanın baş naziri İrakli Ğaribaşvili verdi.
İrakli Ğaribaşvilinin dediyinə görə, audio-yazılar istənilən kimi kəslib və montaj edilib.
“İndiyə qədər bu məsələ ilə bağlı açıqlama vermək imkanım olmadı. Bu provokasiyanın hardan gəldiyini və nəyə xidmət etdiyini yaxşı başa düşürük. Biz bunu qınayırıq və ümid edirik ki, müxalifətin sağlam düşünən hissəsi bu provokasiyaya uymayacaq. Mən o vaxt “Kartu” fondunun prezidenti idim və bir çox iri layihə ilə bağlı o vaxtki nazirlər kabineti ilə komunikasiyam var idi”, – dedi baş nazir.