İrakli Ğaribaşvili - dekabrın 25-də bu böyük bayramı qeyd edən bütün xristianları Milad bayramı münasibətilə təbrik edirəm, hamıya daha yaxşı sabahkı gün arzulayıram
İrakli Ğaribaşvili - dekabrın 25-də bu böyük bayramı qeyd edən bütün xristianları Milad bayramı münasibətilə təbrik edirəm, hamıya daha yaxşı sabahkı gün arzulayıram

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili dekabrın 25-də Milad bayramını qeyd edən bütün xristianları bayram münasibətilə təbrik edir.

“Dekabrın 25-də bu böyük bayramı qeyd edən bütün xristianları Milad bayramı münasibətilə təbrik edirəm. Milad bayramı sülh, xoşbəxtlik və ümumbəşəri firavanlıq ümidi ilə gözlədiyimiz xristian dünyası üçün ən mühüm günlərdən biridir.

Təbrik edir, cansağlığı, bol sevinc və hamıya daha yaxşı sabahkı gün arzulayıram !” – deyə Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin təbrikində deyilir.