İrakli Ğaribaşvili - bu həftə qərarlar qəbul edəcəyik ki, proqnozumuza görə, bu da dərmanların qiymətlərini xeyli aşağı salacaq
İrakli Ğaribaşvili - bu həftə qərarlar qəbul edəcəyik ki, proqnozumuza görə, bu da dərmanların qiymətlərini xeyli aşağı salacaq

 

Vədimiz yerinə yetirildi, ölkədə azartlı oyunlar məsələsi tənzimləndi. Müvafiq qanunun qəbuluna görə parlamentə bir daha minnətdaram-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumət iclasında bildirib.

Baş nazir dərmanların qiymətlərindən də həmçinin danışıb və cari həftə bu məsələ ilə bağlı qərarların veriləcəyini qeyd edib.

“Dərmanların qiymətləri ilə bağlı verdiyimiz daha bir vədə gəlincə- cari həftə bu mövzuda qərarlar verəcəyik ki, bu da proqnozumuza görə, dərmanların qiymətlərini xeyli aşağı salacaq. Əczaçılıq bazarının hesabatı tamamlanıb, Rəqabət Agentliyi artıq işləri başa çatdırıb. Yeni nazir, cənab Zura Rəqabət Agentliyinin rəhbəri ilə artıq görüşüb. Birlikdə gələcəkdə həyata keçiriləcək tədbirləri planlaşdırıblar. Biz həmçinin Türkiyə bazarını açmağı, Türkiyədən yüksək keyfiyyətli dərmanları ölkəyə daxil etməyi planlaşdırırıq ki, bu da proqnozumuza görə dərmanların qiymətini aşağı salacaq.

Bundan əlavə, biz bu sahədə vəziyyəti daha da yaxşılaşdıracaq qanunvericilik üzərində işləyəcəyik” – deyə İrakli Ğaribaşvili bildirib.