İrakli Ğaribaşvili - bu gündən Türkiyə bazarı açıldı, Gürcüstana yüksək keyfiyyətli dərmanlar gətiriləcək, qiymətlər arasında fərq hiss olunacaq qədər böyükdür
İrakli Ğaribaşvili - bu gündən Türkiyə bazarı açıldı, Gürcüstana yüksək keyfiyyətli dərmanlar gətiriləcək, qiymətlər arasında fərq hiss olunacaq qədər böyükdür

 

Türkiyə bazarı artıq açıldı və Türkiyədən GMP standartlarına uyğun yüksək keyfiyyətli dərmanlar gətiriləcək, – deyə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, qiymətlər arasında fərq hiss olunacaq qədər böyükdür.

“Söz verdiyimiz kimi bu gün hökumət sərəncamını imzaladıq. Müvafiq olaraq, artıq Türkiyə bazarı açılıb və Türkiyədən yüksək keyfiyyətli, GMP standartlarına uyğun dərmanlar gətiriləcək. Bildiyiniz kimi, mən bu barədə açıq danışmışam. Qiymətlər arasında fərq hiss olunacaq qədər böyükdür”-deyə İrakli Ğaribaşvili bildirib.