İrakli Ğaribaşvili - Batumidə, binanın çökdüyü yerdə təxminən üç yüz xilasedici işləyir, vəziyyəti vaxtında qaydasına salmaq üçün hər şeyi edirik

 

Xidmətlərimiz, xilasedicilər ərazini vaxtında təmizləmək üçün hər şeyi edirlər, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Batumidə bildirib.

İrakli Ğaribaşvilinin də qeyd etdiyi kimi, bu gün çox kədərli və faciəvi hadisə baş verib.

“Olduqca kədərli, faciəvi hadisənin baş verdiyini demək istəyirəm. Xidmətlərimiz, xilasedicilər ərazini vaxtında təmizləmək üçün hər şeyi edirlər. Mövcud məlumata görə, orada təxminən 10-15 nəfər var və vəziyyəti vaxtında qaydasına salmaq üçün hər şeyi edirik. Onu da demək istərdim ki, ərazidə üç yüzə yaxın xilasedici işləyir. Onların bütün imkanları var və intensiv iş aparılır. Bu barədə əvvəlcədən danışmaq istəmirəm. Təbii ki, istintaq işləyir, bir çox versiya var və bütün suallara cavab verəcəyik. Daxili işlər nazirindən versiyalar barədə eşitmişəm, bu barədə o da açıq şəkildə bildirib, lakin əvvəlcədən heç bir nəticə çıxarmaq istəmirəm. Yaxşı olar ki, istintaqın nəticələrini gözləyək və ilk növbədə bu insanların sağ çıxması üçün dua etməliyik” -deyə İrakli Ğaribaşvili bildirib.